Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk ilə görüşüb.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, görüşdə M.Boqdanov Rusiya vətəndaşı Aleksandr Trufanovun və digər girovların Qəzzada girovluqdan azad edilməsinin vacibliyini vurğulayıb.
“Söhbət zamanı Qəzza zolağında atəşkəs sazişinin icrasının gedişi müzakirə edilib, zərər çəkmiş Fələstin əhalisinə humanitar yardımın həcminin artırılmasının vacibliyi vurğulanıb”, - diplomatik departamentdən bildirilib.