PKK/YPG terror təşkilatının lideri Mazlum Abdi Suriya keçid hökumətinin sədri Əhməd Şaraya Türkiyə səfəri öncəsi mesajlar göndərib.
Teleqraf.com xəbər verir ki, PKK/YPG-nin lideri Mazlum Abdi Suriyada dövlətə bağlı olmayan bütün hərbi birləşmələrin buraxılmasından sonra müstəqillik tələbi ilə çıxış edib.
Suriyanın müvəqqəti prezidenti Əhməd Şaranın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfəri öncəsi "Associated Press" (AP) agentliyinə danışan qrup rəhbəri Abdi Dəməşqdən müstəqillik tələb etdiklərini gizlətməyib: "Bütün suriyalılar kimi biz də ölkənin bütövlüyünü müdafiə edirik. Biz muxtariyyət deyil, mərkəzləşdirilməmiş bir dövlət istəyirik. Şimal-Şərqi Suriya xalqı öz yerli işlərini mərkəzləşdirilməmiş bir dövlətdə idarə etmək istəyir. Suriya İraq deyil. Şimal-Şərqi Suriya İraq Kürdüstanı deyil".
M.Abdi PKK-nın bir qolu və Türkiyə dövləti ilə aparılan savaşın bir parçası olmadıqlarını bildirib.