ABŞ prezidenti Donald Tramp 24 saat ərzində Çin prezidenti Si Cinpinlə əlaqə saxlamaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib .
Fevralın 2-də Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Çin məhsullarına 10% rüsum tətbiq edilib. Tram bunu Amerika biznesinin maraqlarını qorumaq üçün etdiyini deyib. Bu arada “The Wall Street Journal” yazıb ki, Çin hakimiyyəti Tramp administrasiyası ilə onun ilk prezidentliyi dövründə bağlanmış ticarət müqavilələri üzrə dialoqa başlamağa hazır olduğunu bəyan edib.