13:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Əsrin fəlakəti”ndən sonra 107 min zəlzələ baş verib.

Teleqraf.com-un Türkiyə bürosunun Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması baş idarəsinin müdiri professor Orhan Tatar deyib.

“Türkiyədə 488 aktiv fay xətti var. Bu mənada Türkiyə dünyanın ən seysmik ölkəsidir.
Biz hər an yeni zəlzələyə hazır olmalıyıq. Türkiyənin əlavə xilasedici qüvvələrə ehtiyacı var. Hazırda təlim görmüş axtarış-xilasetmə qruplarının 122 min üzvü var”.

Orhan Tatar onu da bildirib ki, Türkiyənin zəlzələ hazırlığı çərçivəsində Ankara şəhərində yeni mərkəz qurulur. Bundan əlavə qurum rəsmisi Türkiyənim 1187 stansiya ilə Avropanın ən böyük zəlzələ müşahidə şəbəkəsinə malik ölkə olduğunu diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər