09:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepal hökuməti Everestin (8849 m) və hündürlüyü 8000 metrdən çox olan digər zirvələrə təkbaşına qalxmağı qadağan etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, yeni işlənmiş qaydalar solo ekspedisiyaları qadağan edir.

Bundan sonra səkkiz min metr hündürlüyü olan zirvəyə qalxan iki alpinist üçün bir bələdçi təyin ediləcək. Digər zirvələr üçün hər qrup üçün, ən azı bir bələdçi götürməlidir.

Nepal Turizm Departamentinin baş direktoru Narayan Prasad Reqmi deyib: "Biz alpinistlərin, xüsusən də "səkkizminlik" zirvəyə qalxan insanın təhlükəsizliyini təmin etmək üçün bələdçilərin götürülməsini vacib saydıq".

"Kathmandu Post" qəzeti onun sözlərindən sitat gətirib: "Alpinistin təcrübəsindən asılı olmayaraq, bu zirvələrə təkbaşına qalxmaq dövrü başa çatıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər