ABŞ Müdafiə Nazirliyi bütün qoşunlarının Suriyadan tam çıxarılması üçün plan hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp və administrasiyası Suriyadan qoşunların tam çıxarılmasını hədəfliyirlər. Pentaqon bu addımı 30, 60 və ya 90 gün ərzində həyata keçirmək üçün planlar hazırlamağa başlayıb”,- məlumatda deyilir.