17:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hatayda 200 mindən artıq mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Teleqraf.com-un Türkiyə bürosunun Hataya ezam olunan əməkdaşı xəbər verir ki, “Əsrin fəlakəti”ndən sonra start verilən yenidənqurma işləri üçün, 1900 tikinti obyektində 153 min fəhlə çalışır.

Fəlakətin 2-ci ildönümündə media nümayəndələrinin suallarını cavablandıran Hatay valisi Mustafa Masatlı bildirib ki, 177.591 mülkün sahibi müəyyənləşdirilib:

“Zəlzələnin Hataya verdiyi zərərin miqyası çox böyükdür. Hatayda 88 min 367 bina dağılıb. Dağıntının miqyası 19 milyon kubmetrdir. Şəhər tarixi və müasir olaraq iki fərqli hissədən ibarətdir. Tarixi ərazimiz 307 hektar riskli ərazidən ibarətdir. Bu ərazidəki bütün ictimai binalarda inşaata başlamışıq.

M. Masatlı əlavə edib ki, hazırda 219 min nəfər konteynerlərdə yaşayır. 200 mindən artıq mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyə tarixinin ən böyük fəlakətlərindən biri kimi tarixə düşüb.

Türkiyə Respublikası Strategiya və Büdcə İdarəsinin (SBB) 2023-cü ilin mart ayında təqdim etdiyi "Kahramanmaraş və Hatay Zəlzələləri" hesabatına görə, zəlzələnin vurduğu ziyanın həcmi 104 milyard həcmində qiymətləndirilir. Bu zərərin yarısını zəlzələ nəticəsində məhv olan şəxsi mənzillər təşkil edir.


Müəllif: Dəryanur Cəfərova

Oxşar xəbərlər