17:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda KİV-in xarici mənbələrdən maliyyələşdirilməsi məhdudlaşdırılacaq.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı qanun qəbul olunacaq.

Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib ki, KİV haqqında qanun Britaniya modeli əsasında hazırlanacaq.

Onun sözlərinə görə, qanunla KİV-in obyektivlik standartları və jurnalist etikası müəyyən ediləcək.

Partiya rəsmisi qanunla bağlı təşəbbüsün sabah təqdim olunacağını qeyd edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər