ABŞ Prezidenti Donald Trampın Ağ Evə ikinci dəfə gəlişindən sonra Ukrayna üzrə "Rammstein" formatında ilk görüş fevralın 12-də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ukrayna xidməti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu formatda növbəti görüş fevralın 12-də ABŞ-nin deyil, Böyük Britaniyanın sədrliyi ilə gerçəkləşəcək.
Görüşlərdə ənənəvi olaraq ABŞ-nin nümayəndələri, adətən, müdafiə naziri iştirak edir. Beləliklə, bu görüş çərçivəsində Trampın rəhbərliyi altında ABŞ və Ukrayna arasında nazirlər səviyyəsində ilk təmaslar baş tuta bilər. Görüş hələ ki, rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, fevralın 12-də Brüsseldə Aİ və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi də bildirilir. Fevralın 14-16-da isə NATO və müttəfiq ölkələrin liderləri, xarici işlər və müdafiə nazirləri Brüsseldə Münhen Təhlükəsizlik Konfransına toplaşacaqlar.