5 Fevral 21:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski iddia edir ki, Rusiya Belarusu münaqişəyə cəlb etmək istəyir.

Teleqraf.com “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski Rusiya prezidenti Vladimir Putinin bu il Belarus ərazisinə qoşun yerləşdirməyə çalışacağını iddia edib.

“O, Belarusu müharibəyə sürükləyəcək. Baxmayaraq ki, mənim fikrimcə, onlar Ukraynaya raketlərlə hücum edəndən sonra artıq bu müharibədə idilər. Belarus xalqı, ordusu müharibə istəmir. Amma Putin həqiqətən də Belarusun müharibəyə qoşulmasının tərəfdarıdır”, - Zelenski bildirib.

Qeyd edək ki, fevralın 5-də Rusiya prezidenti Vladimir Putin Belarusla təhlükəsizlik təminatı haqqında sazişi ratifikasiyaya təqdim edib .

Sənəd 2024-cü il dekabrın 6-da Minskdə imzalanıb və iki ölkənin suverenliyini, müstəqilliyini qorumağı nəzərdə tutur.


Müəllif: Arzu

Oxşar xəbərlər