01:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Nəşr qeyd edir ki, Yaponiya Hava Yollarına məxsus təyyarə "Delta" təyyarəsini vurub. Toqquşma hava məkanının nəzarət zonasından kənarda baş versə də, insident bəzi uçuşların dayandırılmasına səbəb olub.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardıqlarını vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər