Panama ABŞ hökumətinə məxsus gəmilərin Panama kanalından istifadəsi üçün ödənişləri ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
"ABŞ hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən tranzit keçə bilər və bu, ABŞ hökumətinə ildə milyonlarla dollara qənaət etməyə imkan verir", - bəyanatda deyilir.