Gecə saatlarında naməlum dronlar hərbi aerodromun yerləşdiyi Rusiyanın Primorsk-Axtarsk şəhərinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Krasnodar vilayətinin sakinləri və Rusiyanın "Telegram" kanalları hava limanı yaxınlığında yanğın barədə məlumat veriblər.
Şahidlərin sözlərinə görə, ən azı üç PUA-nın havada uçduğunu görüblər.
“Yerli administrasiya hələlik baş verənləri şərh etməyib. Rusiyanın Rostov və Həştərxan vilayətlərinin səlahiyyətliləri artıq dron hücumları barədə məlumat veriblər, amma nəticələri barədə heç nə deməyiblər”, - BBC yazır.