27 Fevral 2015 12:46
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada küçələri seçkidən bir ay sonra yenidən qarışıb.

Teleqraf.com xəbər verir ki, Aleksis Çipras hökumətinin Yunanıstana borc verən ölkələrlə razılığa gəlməsi paytaxt Afinada etirazlara səbəb olub.

Təxminən 450 nəfərlik qrup parlament binası istiqamətində yürüş edib. Polislə qrup arasında qarşıdurma yaranıb. Nümayişçilər polisə «Molotov kokteyli” və daş atarkən, polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib.

Nümayişçilər yol kənarında dayanmış onlarla avtomobilə, ətrafdakı iş yerlərinə, bank şöbələri və avtobus dayanacaqlarına ziyan vurublar.

Teleqraf.com aksiyadan fotoları təqdim edir :

Rüstəm


Müəllif: