27 Fevral 2015 20:52
4 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın şimal hissəsində əkiz qardaşlar - Dino və Dario Ferrarilər Po çayında çəkisi 127 kiloqram, uzunluğu 2,7 metr olan nəhəng naqqa balığı tutublar.

Mütəxəssislərin təxmini qənaətinə görə, tutulan balığın 30 yaşı var. Ümumiyyətlə, naqqa balıqları bir məkanda qalmaq şərti ilə 50 ilə qədər yaşaya bilirlər.

Ferrari qardaşlarının qeyri-adi ovu yerli KİV-in böyük marağına səbəb olub. Bu barədə demək olar ki, bütün qəzetlər yazıblar. Jurnalistlər tutulan naqqa balığını “Po çayının qorxunc əjdahası” adlandırırlar.


Müəllif: