16 May 2014 13:58
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində Rusiya hərbi sənayesinin məhsullarına embarqo qoymaq barədə qanun layihəsi hazırlanıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, artıq yeni layihə Konqresə təqdim olunub. Qanun layihəsində Rusiyanın iri hərbi sənaye müəssisəsi olan “Rosobaroneksport” ilə mövcud müqavilələri ləğv etməyi özündə əks etdirir. Sənəddə həmin qurumla yeni müqavilələrin imzalanması da qadağan edilir.

Sənəd “Rusiya silahlarına embarqo qoyulması aktı-2014” adını daşıyır. Qanun layihəsinin müəllifləri olan senatorlar Den Kouts, Con Kornin və Riçard Blumental qeyd ediblər ki, layihənin məqsədi Ukraynadakı son hadisələrə görə Rusiyaya təzyiqi gücləndirməkdir.

Amerikalı qanunvericilər Suriya və İrana silah ixrac etməkdə günahlandırdıqları Rusiyanın silah ixracatı ilə məşğul olan dövlət şirkətlərinə qarşı sanksiya tətbiq etməyi də təklif ediblər.

Müəlliflərdən biri olan senator D.Kouts bildirib ki, bu sanksiya ABŞ iqtisadiyyatını zədələmədən Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq.


Müəllif: