28 Fevral 2015 13:06
3 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada qəribə oğurluq baş verib.

ANS PRESS-in məlumatına görə, Oreqon ştatında naməlum şəxslər sahəsi 111 kvadrat mert olan yaşayış evini oğurlayıblar.

Evin sahibi orada həmişə yaşamırmış və oğurluq zamanı evdə heç kim olmayıb. O, daşınmaz əmlakının oğurlanmasından xəbər tutan kimi polisə xəbər verib.

Yeli hüquq-mühafizə orqanları ağac tikilinin axtarışına başlayıblar. Evi iki gündən sonra əvvəl yerləşdiyi yerdən təxminən 20 kilometr aralıda tapıblar.

Polislər özləri hadisədən heyrətləniblər. Onlar əvvəlcə qarət hadisəsini necə araşdıracaqlarını bilməyiblər. Hüquq-mühafizə orqanlarının versiyasına görə evi domkratla (ağır şeyləri qaldıran mexanizm) qaldırılıb, sonra isə motorlu platformaya qoyulub daşınıb.

Hazırda qarətçilərin axtarışı üzrə iş gedir.


Müəllif: