1 Mart 2015 19:53
3 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna prezidenti Pyotr Poroşenko güclü lider deyil, o öz strategiyasını həyata keçirə bilmir".

Bunu amerikalı tarixçi, SSRİ və Rusiya üzrə mütəxəssis Stiven Koen yerli telekanallardan birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Poroşenko güclü lider olmadığı üçün Ukraynanın istər daxili, istərsə də xarici siyasətində öz fikirləri əsasında qərar verməyə çətinlik çəkir.

"Məsələn, Ukraynanın şərqində Debaltsevo döyüşləri "Normand dördlüyü" ölkələrinin liderlərinin görüşündə Poroşenko öz iradəsini ortaya qoya bilmədi. Məsələ müzakirə olunarkən Poroşenko telefonla danışmaq üçün bir neçə dəfə otağı tərk etdi", - deyə mütəxxəsis bildirib.

Stiven Koenin sözlərinə görə, Ukrayna prezidenti postuna ən layiqli namizəd ölkənin baş naziri Arseni Yatsenyukdur.

"Hələ 2014-cü ilin əvvəllərində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett ilə telefon danışığında bildirmişdi ki, Yatsenyuk Ukrayna rəhbərliyinə ən güclü namizəddir", - deyə Koen bildirib. /anspress.com/


Müəllif:

Oxşar xəbərlər