1 Mart 2015 20:36
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qoşulmaq istəyən yeniyetmə qızların axtarışı davam edir.

ANS PRESS-in məlumatına görə, onları sonuncu dəfə Türkiyənin İstanbul şəhərində görüblər. Qızlar buraya İngiltərədən gəlib. Onlar bilet almaq üçün vağzalda 18 saat gözləyib, səhəri gün isə yola düşüblər.

Qızlardan ikisinin 15, birinin isə 16 yaşı olduğu bildirilir. Onlar fevralın 17-də Londondan İstanbula gəliblər. İngiltərəli rəsmilər bunu Türkiyəyə 3 gün sonra bildiriblər. Onlar həmçinin qızların İŞİD terror qruplaşmasına qoşulmaq üçün gəldiklərini deyiblər. İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsi dərhal araşdırmalara başlayıb. Təhlükəsizlik kameraları vasitəsilə qızların bütün hərəkət marşrutu dəqiqləşdirilib.

İngilis polisi gec məlumat verdiyinə görə Türkiyənin sərhəd polisləri də gec xəbərdar ediliblər. Artıq İstanbulu tərk edən qızların Suriyaya keçib-keçmədikləri araşdırılır.

Görüntülərdə vağzalda olarkən 3 yeniyetmənin bəzi vaxtlarda bir qrup insanla birlikdə hərəkət etdiyi də müəyyən edilib. İngilis polisi hal-hazırda qızlara kimlərinsə kömək edib-etmədiyini müəyyənləşdirir


Müəllif:

Oxşar xəbərlər