1 Mart 2015 22:30
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) spikeri Ann Brasser Rusiyanı Moskvada saxlanılan Ukrayna Ali Radasının deputatı, AŞPA-nın nümayəndəsi Aleksey Qonçarenkonu təcili azad etməyə çağırıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Brasser Qonçarenkonun AŞPA nümayəndəsi kimi parlament toxunulmazlığı hüququna malik olduğunu Rusiyaya xatırladıb: "Ona görə də mən onun dərhal azadlığa buraxılmasını tələb edirəm".

Qeyd edək ki, Moskvada rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə əlaqədar keçirilən matəm yürüşü zamanı Ukrayna Ali Radasının deputatı, AŞPA-nın nümayəndəsi Aleksey Qonçarenko saxlanılıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Qonçarenko 2014-cü ilin mayında Odessadakı faciəli hadisələr zamanı Rusiya vətəndaşına qarşı cinayət işi ilə əlaqədar sorğu-sual edilib.

Bundan öncə "Antimaydan" hərəkatı Qonçarenkonun 2014-cü ilin mayında Odessadakı hadisələrdə birbaşa iştirak etdiyini bildirib. O zaman Həmkarlar İttifaqı Evində baş verən yanğın zamanı 48 nəfər yanaraq ölmüşdü.

Nihad


Müəllif:

Oxşar xəbərlər