2 Mart 2015 06:05
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müxalifətinin lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir. Ölkə mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.

Teleqqraf.com-un məlumatına göə, vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib.

"2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb", deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl - 21:40-da qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.

Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.


Müəllif: