2 Mart 2015 11:05
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya generallarının Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirak etdiyinə dair sübutlara malikdir.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payett telekanallardan birinin efirində bildirib.

"Biz hesab edirik ki, rusiyalı generallar Donbasdakı münaqişədə iştirak edirlər. Onlar taktiki hərbi əməliyyatların yeeriniə yetirilməsi üçün komanda verirlər. Biz bilirik ki, Rusiya "Yer-Hava" raketlərinin yönəldilməsinin müasir elektron sistemindən istifadə edir", - səfir deyib.

O, həmçinin qeyd edib ki, Rusiya ordusu Debaltsovonun işğalında iştirak edib: "Onlar həmçinin Minsk razılaşmasının qüvvəyə minəcəyi gün hərbi əməliyyatlarda iştirak ediblər. Rusiya dekabrdan başlayaraq, Ukraynaya yüzlərlə ağır hərbi texnika göndərib və Debaltsovonun işğalı zamanı bu texnikadan istifadə edilib".

Səfir əlavə edib ki, bu münaqişəni bir zənglə - Putinin zəngi ilə həll etmək olar".

Nihad


Müəllif:

Oxşar xəbərlər