İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bir ay ərzində qoltuq ağacları ilə hərəkət etməli olacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb onun sağ topuğundan zədə almasıdır.
Belə ki, 78 yaşlı siyasətçi avtomobildən düşərkən ayağını zədələyib.
Onu müalicə edən həkimin sözlərinə görə, S.Berluskoni ciddi xəsarət almayıb.