Misirin paytaxtında növbəti qanlı terror aksiyası törədilib. Belə ki, Qahirədəki Ramses Meydanında terrorçular partlayıcı qurğunu işə salıblar.
Teleqraf.com-un Anadolu Agentliyinə istinadən məlumatına görə, partlayış zamanı 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Səhiyyə Nazirliyi rəsmisi Hüsam Abdulğaffar açıqlamasında hadisənin əhalinin sıx olduğu meydanda baş verdiyini bildirib, ölən yaralıların artdığını qeyd edib. İlkin məlumata görə, hələlik ölü sayının 1 nəfərdir.
Meydana giriş qadağan olunub, ərazidəki metronun hərəkəti dayandırılıb.