Martın 3-nə keçən gecə İndoneziyanın Sumatra adasının şimal-qərbində 5,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Banda-Açex şəhərindən 39 km cənub-qərbdə, ocağı isə 90 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya və geofizika İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.