3 Mart 2015 08:58
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran özünün nüvə proqramını 10 il müddətinə dondurmalıdır.

Teleqraf.com-un məlumatına görə, ABŞ prezidenti Barak Obama bunu "Reuters" agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, məhz bu halda yekun razılaşma əldə oluna bilər.

Obama eyni zamanda Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırıb. “Bu bütün diplomatik nailiyyətləri poza bilər”, deyə ABŞ lideri qeyd edib.

Obama söyləyib ki, onun müvafiq məsələyə dair mövqeyi İsrail baş naziri Benyamin Netanyahunun fikirləri ilə üst-üstə düşmür. Bəlli olduğu kimi, B. Netanyahu rəsmi Vaşinqtonla Tehran arasında hər hansı razılaşmanın qəti əleyhdarıdır.

İsrailin baş naziri martın 3-də ABŞ Konqresinin nümayəndələr palatası və Senat üzvləri qarşısında çıxış edəcək. Xatırladaq ki, B. Netanyahunu Konqresə nümayəndələr palatasının spikeri Con Beyner dəvət edib.


Müəllif:

Oxşar xəbərlər