16 May 2014 15:44
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən mədən faciəsinin qurbanları ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin qarşısında anılıb. Vaşinqtonda yaşayan türk icmasının və digər icmaların nümayəndələri Ağ Evin qarşısında şamlarla SOMA sözünü yazıblar. İzdiham "İstiqlal Marşı"nı da oxuyub.


Anım mərasiminə gələnlər 1880-ci illərdə Türkiyədə baş verən mədən qazalarının bu gün də təkrarlanmasından dolayı narahatlıqlarını ifadə ediblər.


Ağ Ev də Soma faciəsi ilə əlaqədar Türkiyəyə başsağlığı verib. "Bütün Amerika xalqı adından həyatını itirən işçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Mədəndə qalan işçilərin isə tezliklə xilas olmalarına ümid edirik" - Ağ Evin verdiyi başsağlığında belə deyilir.


Müəllif: