3 Mart 2015 10:50
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta təbrik mesajları bir ailəni müflis elədi. Böyük Britaniyada Vikki Vestvud adlı bir qadının telefonuna gələn mesaj onun və ailəsinin həyatını alt-üst edib. Külli miqdarda pul udduğunu düşünən qadın durmadan ona gələn mesajlara cavab yazıb. Özü udduğu pulu görmədən dünyadan köçən Viki, ailəsinə də 150 min dollarlıq borc qoyub.

Fırıldaqçılar dünyanın dörd bir yanında mobil telefon istifadəçilərinə mesaj yazaraq onların bəxt oyununda təsadüfən qalib gəldiklərini və 1 milyon dollar pul qazandığını bildirir. Bununla mobil telefon istifadəçilərini özlərinə inandıran fırıldaqçılar onlardan sənədləşmə adı altında müxtəlif zamanlarda müxtəlif miqdarda pul da qoparır. Bundan xəbərsiz olan 81 yaşlı Viki Vestvud ömrünün ahıl çağında qazandığına inanaraq müntəzəm həmin mesajlara cavab verib, müxtəlif hesablara pul da köçürüb. Vəziyyət o həddə çatıb ki, Viki həftədə 100-dən çox eyni məzmunlu məktub alıb. Sonda puldan ümidini üzən yaşlı qadın həmin məktublara cavab verməkdən imtina edib. Bu vaxt fırıldaqçılar onun telefonuna zəng vuraraq, yenə onu mükafata inandıra bilib. Dəhşətli fırıldağın üstü bir müddət əvvəl Viki Vestvudun ölümündən sonra açılıb.

Sənədlərdə də hər şey qanun çərçivəsindədir. 2008-ci ildən bu yana fırılqdaçıların toruna düşən Viki özü də bilmədən məktublara cavab verməklə 150 min dolları keçən bank əməliyyatları aparıb. Onun 50 yaşlı oğlu Rassel borcun silinməsi üçü əlaqədar qurumlara müraciət etsə də, hələ ki müsbət cavab ala bilməyib. Bunun üçün ilk növbədə Viki vestvudun aldadılıb- aldadılmadığı rəsmi təsdiqini tapmalıdır.


Müəllif:

Oxşar xəbərlər