Türkiyənin İraqa göndərdiyi hərbi yardımı daşıyan iki yük təyyarəsi paytaxt Bağdada çatıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yardımları daşıyan C-130 tipi iki hərbi təyyarə paytaxtın 20 kilometr şərqindəki “Əl Musenna” Hərbi Hava Bazasına enib. Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı yardımları İraq Müdafiə Nazirliyi rəsmilərinə təslim edib.
Türkiyənin Bağdad səfirliyinin verdiyi açıqlamada bu ğlkənin daim İraqın yanında olacağı bildirilib: “İstər İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə, istərsə də ikitərəfli səviyyədə terrorizmlə mübarizədə dost və qardaş İraq hökumətinə və xalqına kömək etmək niyyətindəyik”.
Samir