Britaniyalı arxeoloqlar İsrailin Nəzəriyyə şəhərində 9 il apardıqları arxeoloji qazıntılardan sonra İsa Məsihin doğulduğu və həyatının ilk illərini keçirdiyi güman edilən evin qalıqlarını aşkarlayıblar.
Teleqraf.com Rusiya mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın Redinq Universitetinin professoru Ken Dark "Biblical Archeology Review"da dərc etdirdiyi məqalədə bildirib.
K.Dark iddia edir ki, qazıntı nəticəsində tapılan ev İsa Məsihin ata yurdudur.
"Bu qalıqlar eramızın ilk əsrinə məxsusdur. Bizanslılar və səlibçilərin yazdıqları da məhz qazıntı işləri apardığımız yerin İsa Məsihin doğulduğu ev olduğuna dəlalət edir. Atası Yusif və anası Məryəm Isa Məsihi Nəzəriyyədən aparandan sonra bu evin yerində məbəd tikilib, ətrafda isə qəbristanlıq olub. İsa Məsihin uşaqlıq illəri barədə məlumat azdır. Yalnız o bilinir ki, Hz.İsa uşaqlıq illərində dülgər atası Yusifin yanında işləyib", - K.Dark bildirib.
Teleqraf.com həmin evin fotolarını təqdim edir:
Rüstəm