4 Mart 2015 13:26
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən Hindistanda “donuz qripi”ndən 1158 nəfər ölüb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi açıqlama verib.

Yayılan məlumatlara görə, 22 mindən çox insan isə hazırda bu virusun daşıyıcısıdır: “Hindistanda hər gün təxminən 50 nəfər bu virusdan həyatını itirir. Ölüm halları ölkənin 28 ştatından 24-də qeydə alınıb. Ən qorxulu vəziyyət Qucarat və Pəncab ştatlarında müşahidə olunur. Rəsmilər Qucarat bölgəsində toy və yas mərasimləri istisna olmaqla digər kütləvi toplantıları qadağan edib”.

Samir


Müəllif:

Oxşar xəbərlər