Türkiyənin Konya şəhərində 29 yaşlı Mehmet Yılmaz 10 TL-yə aldığı baliğın üzərində “Allah” yazısını aşkar edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, iki il əvvəl aldığı akvarium balığını imama göstərib. Bununla kifayətlənməyən Mehmet balığı 7 din adamına göstərdiyini və onların da bunu təsdiqlədiyini bildirib.
Yılmaz balığı səhər işə aparır, axşam da onunla evə qayıdır.
O, bu hadisəni eşidən 60 yaşlarındakı bir nəfərin balığı almaq istədiyin deyib. Mehmet “30 min TL (12400 manat ) təklif etdi, satmadım. Həmin şəxs arada bir gəlib balığa baxır” deyib.
Rüstəm