5 Mart 2015 01:59
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində baş verən faciə ilə əlaqədar martın 5-i ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Son məlumatlara görə, kömür mədənində baş verən partlayış nəticəsində 33 nəfər ölüb.

Xatırladaq ki, martın 4-də Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində metan qazı partlamışdı.


Müəllif:

Oxşar xəbərlər