5 Mart 2015 05:55
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində güclü partlayış baş verib.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla 00:30 radələrində Koblevskaya küçəsi, ev 40-a “Sağ sektor” təşkilatının ofisində qeydə alınıb.

Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib, ətrafdakı binaların pəncərələri sınıb. İlkin məlumata əsasən ölən və yaralanan yoxdur. Hadisə yerinə xilasedicilər cəlb olunub. Ərazi milis əməkdaşları tərəfindən əhatəyə alınıb.


Müəllif: