ABŞ prezidenti Barak Obama hələ ki Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib.
Teleqraf.com-un “Rosbalt”-a istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland bəyan edib.
Onun sözlərinə görə, Obama adıçəkilən məsələ ilə bağlı bir sıra müvafiq idarələrdən tövsiyələr alıb. “ABŞ-ın mövqeyi Ukraynada hadisələrin gələcək inkişafından asılı olacaq”, deyə V.Nuland bildirib.
Bundan əvvəl Ağ Ev Ukraynaya letal (öldürücü) silahlar verilməsinin əleyhinə çıxış etmişdi. “Ukraynaya göstərilən hərbi yardım qan tökmənin artmasına səbəb ola bilər”, deyə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirmişdi.