“Microsoft” şirkətinin yaradıcılardan biri olan Bill Qeyts bəyan edib ki, texnologiyanın sürətli inkişafı bəşəriyyəti narahat etməlidir. Onun qənaətinə görə, süni intellekt bizim həyatımızı dəyişə bilər.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Business Insider” nəşrinin portalı məlumat yayıb. İnternet resurslarının birində Bill Qeytsə süni intellektin insan həyatına təsiri ilə bağlı sual verilib. O, cavabında deyib:
“Mənim fikrimcə, indiki halda süni intellekt bəşəriyyət üçün təhlükə törətmir, lakin gələcəkdə bu sahədə vəziyyət dəyişə bilər. Mən superintellektin bəşəriyyət üçün təhlükə yaradacağını düşünənlərdən biriyəm. Əvvəlcə o qədər də ağıllı olmayan maşınlar bizim əvəzimizə iş görəcəklər. Bir neçə onilliklərdən sonra isə bu maşınların ağıllanması bizim üçün problem yarada bilər.
Mən başa düşə bilmirəm ki, niyə bu reallıq bir çox insanları narahat etmir?”. Bundan əvvəl britaniyalı astrofizik Stiven Hokinq bəyan etmişdi ki, süni intellekt yaratmaq cəhdi bütün bəşəriyyətin mövcudluğu üçün böyük təhlükədir.