İran nüvə silahı istehsal etmək və saxlamaq niyyətində deyil.
Teleqrf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif NBC News-a müsahibəsində bəyan edib.
“Biz nüvə silahını istehsal etmək istəmirik. Üstəlik, hesab etmirik ki, bu bizim təhlükəsizliyimizin təminatı anlamına gəlir”, deyə M.C. Zərif bildirib.
Onun sözlərinə görə, İran nümayəndələri nüvə proqramı üzrə razılaşmanın əldə olunması üçün gecə-gündüz işləməyə hazırdırlar. Məhəmməd Cavad Zərif həmçinin tərəflərin razılaşmaya yaxın olduğunu vurğulayıb.
Məlum olduğu kimi, İranla ABŞ arasında nüvə danışıqlarının növbəti raundu martın 15-də Cenevrədə keçiriləcək.