BMT Suriyada beynəlxalq hüquq çərçivəsində dinc vətəndaşları müdafiə etmək iqtidarında deyil.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşət Əsəd deyib. Onun sözlərinə görə, BMT müharibə yol verməmək, problemləri həll etmək və dövlətlərin suverenliyini qorumaq məsələrində öz missiyasını yerinə yetirə bilmir.
Əsəd qeyd edib ki, suriyalılar terrorizmlə mübarizəni davam etdirmək və öz Vətənini qorumaq niyyətindədir.
Qeyd edək ki, 2011-ci ildən Suriyada başlanan münaqişə 200 mindən çox dinc sakinin həyatına son qoyub.
Samir