5 Mart 2015 14:53
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mosulda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı döyüşlərdə iştirak etməyəcək.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunun bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, Türkiyə humanitar məsələlərdə Mosula yardım etməyə hazırdır: “Biz Mosula yardım edəcəyik, ancaq bilvasitə döyüşlərdə iştirak etməyəcəyik. Lakin əgər bizə birbaşa hücum olsa, dərhal cavab verəcəyik”.

Davudoğlu qeyd edib ki, Ankara İraqda vəziyyətin normallaşmasına böyük önəm verir: "Biz İraqın mərkəzi hakimiyyəti ilə çox sıx əlaqədəyik və onlara müxtəlif yardımlar göstəririk. Bizə də İraqın şimalında sabitlik vacibdir”.

Samir


Müəllif: