6 Mart 2015 11:55
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Azadlıq Təşkilatının Mərkəzi Komitəsi İsraillə təhlükəsizlik sahəsində 1993-cü ildən bəri davam edən əməkdaşlığı dayandırmağa hazırlaşır.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, müşahidəçilər bunu İsrailin muxtar quruma pul köçürmələrini dayandırmaq qərarına cavab addımı kimi qiymətləndirib.

Rəsmilərin sözlərinə görə, belə bir əməkdaşlıq həqiqətən dayandırılarsa, bu, İsrailin təhlükəsizliyinin təmin olunmasını xeyli çətinləşdirəcək.

Məsələ ilə bağlı İsrail tərəfi açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər