16 May 2014 20:33
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 17 dekabrda rüşvət əməliyyatı zamanı həbs edilən və daha sonra azadlığa buraxılan Rza Zərrabla bağlı məhkəmə qərar qəbul edib.

"Axar.az" xəbər verir ki, 74 gün həbsxanada saxlanıldıqdan sonra azadlığa buraxılan azərbaycanlı iş adamının ölkə xaricinə çıxışına qoyulan qadağa aradan qaldırılıb.

Rza Zərrab məhkəməyə xaricə çıxışının qadağan edilməsi ilə bağlı qoyulan qadağayla bağlı müraciət edib və qoyulan qadağa aradan qaldırılıb. Ancaq Zərrabın hər həftənin cümə günü məhkəməyə gələrək imza atması qüvvədə saxlanılıb.


Müəllif: