17 May 2014 00:11
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada separatçılar Donetskdə yerləşən 3037 saylı hərbi hissəni ələ keçiriblər.

Separatçılar əvvəlcə hərbi hissəni mühasirəyə alıblar. Sonra hərbi hissədəkilərlə danışıqlar başlayıb və onlardan könüllü şəkildə çıxmaq tələb edilib.

Məlumata görə, heç bir toqquşma olmayıb və hərbçilər hərbi hissəni tərk ediblər.

Sonra hərbi hissənin ərazisində qondarma “Donetsk xalq respublikası”nın bayrağı asılıb. /Musavat/


Müəllif: