Türkiyədə “Zəlzələ həftəsi” səbəbindən Yalova şəhərində “Fövqəldə Hallar Könüllüləri” dərnəyi marifləndirmə konfransı təşkil edib.
ANS PRESS-in məlumatına görə, tədbirdə bu sahənin mütəxəssisi olan şəxslər çıxış edib.
Geofizika mühəndisi Oğuz Gündoğdunun açıqlaması isə hər kəsi şoka salıb.
Egey və Aralıq dənizi hövzəsində baş verəcək zəlzələdə sunami təhlükəsinin mümkünlüyündən danışan Gündoğdu iddialarını tarixdən göstərdiyi nüminələrlə dəstəkləyib.
Mühəndis, Egey və Aralıq dənizlərinin sərhəddində yerləşən ölkələrlə birlikdə “Sunami erkən xəbərdarlıq sistemi” qurulmasının zəruri olduğunu vurğulayıb.
“Egey və Aralıq tarixi bizə, çox gizli sunami təhlükəsi olduğundan xəbər verir. Egeyə sahili olan ölkələrlə erkən xəbərdarlıq sistemi qurmalıyıq. Mərmərə üçün belə bir risq yoxdur. Mərmərədə böyük sunami ola bilməz. Egey üçün belə bir təhlükə var”.