Amerikalı əsgərlərin Ukraynaya gəlişi fəlakətdən xəbər verir.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.
Onun sözlərinə görə, Ukraynanın şərqində 300 amerikalı əsgərin olmasına baxmayaraq, Kiyev bunu inkar edir: “Aldığımız məlumatlara görə, Lvov bölgəsinə 300 amerikalı əsgər göndərilib. Bu əsgərlər Amerika silahlarından istifadə məsələsində ukraynalı hərbçilərə təlim verəcək. Ancaq onu bilirik ki, amerikalı əsgərlərin bölgədə olması vəziyyəti qəlizləşdirəcək”.
Çurkin Mixail Saakaşvilinin prezident olduğu dövrdə Cənubi Osetiya böhranı ilə əlaqədar olaraq, belə bir addımın atıldığını və 127 amerikalı hərbçinin Gürcüstanda fəaliyyət göstərdiyini xatırladıb. O qeyd edib ki, amerikalı əsgərlər Gürcüstana qan və qorxu gətirib: “Sadəcə, məsuliyyətsiz siyasətçilər bu istiqamətdə ssenarilərin nəticələrini görməyə bilər”.
Samir