7 Mart 2015 12:39
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi yaxın vaxtlarda öz ordusunu yarada bilər.

Publika.az “Deutche Welle”-ə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, ümumi Avropa silahlı qüvvələrinin yaradılması Avropa siyasətini gücləndirməyə imkan verəcək.


Ursula fon der Lyayen bildirib ki, ümumi Avropa silahlı qüvvələri təhlükəsizlik sahəsində Avropa siyasətini möhkəmləndirməyə icazə verəcək.

“Bu cür layihələrin reallaşması vaxt tələb edir və tələsmək lazım deyil. Amma Avropa Birliyinin milli müstəqilliyi üçün hərbi qüvvələrin yaradılmasının vacibliyinə əminik. Misal üçün, Şengen vizasının tətbiqi ümumi Avropa əmək bazarının yaranmasına səbəb oldu. Avropanın gələcəyi çoxmillətli əməkdaşlıqdan keçir”.


Müəllif: