İŞİD terror təşkilatı Nimruddan sonra daha bir qədim şəhərin qalıqlarını məhv etməyə başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Turizm və Antika Nazirliyindən bildirilib.
Məlumata görə, İŞİD terror təşkilatının üzvləri qədim Hatra şəhərinin qalıqlarını buldozerlərlə yox etməyə başlayıb. Hatra İraqın şimalında yerləşir və 2 min il tarixi var. Şəhər 1987-ci ildə dünya mədəniyyəti miraslarının siyahısına salınıb.
İraqın Turizm və Antika Nazirliyi əllərində təxribatın miqyasını dəqiq göstərən fotolar və video görüntülərinin olmadığını söyləyib. Kürdüstan Demokratik Partiyasının Mosul sözçüsü Saed Mamuzini Hatranın qalıqlarının məhv edilməsi üçün partlayıcılar və buldozerlərdən istifadə edildiyini bildirib.