8 Mart 2015 11:37
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilotsuz təyyarələr daha bir Avropa ölkəsində leqallaşdırıla bilər.

Fransa və Böyük Britaniyadan sonra, Belçikada da bununla bağlı işlər görülür.

Yaxın vaxtlarda bu ölkədə pilotsuz təyyarələrin sadə vətəndaşlar tərəfindən istifadəsinə icazə verilə bilər. Təyyarə və helikopter kimi, pilotsuz təyyarə də hava nəqliyyatına aid edildiyindən, sadə vətəndaşların ondan istifadə etməsi qadağandır.

Pilotsuz təyyarələrlə bağlı qanun layihəsi artıq hazırdır və Belçika kralı tərəfindən təsdiqləndikdən sonra qanun qüvvəyə minəcək. Bundan sonra belçikalılar uzaqdan idarə olunan kiçik uçan aparatlardan gündəlik həyatlarında istifadə edə biləcəklər. Lakin pilotsuz təyyarəni idarə etmək istəyən belçikalı sürücülük imtahanından keçməli, uçan aparatı təsdiqlətməli və qeydiyyatdan keçirməlidir.

Pilotsuz təyyarələrin müəyyən saatlarda və məkanlarda uçuşuna, uçuş sürətinə və digər qaydalara da əməl etmək lazım gələcək./anspress/


Müəllif:

Oxşar xəbərlər