8 Mart 2015 18:00
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müxalifətçisi Boris Nemtsovun qətlində iştirakda şübhəli bilinərək saxlanılan Zaur Dadayev Çeçenistan Respublikasında “Şimal” batalyonuna xidmət edirdi.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibinin vəzifələrini icra edən Albert Baraxayev bildirib.

Onun sözlərinə görə, saxlanılan digər şübhəli Anzor Qubaşev Moskva ətrafında hipermarketlərindən birində mühafizəçi işləyirdi. Məlumata görə, Dadayev və Qubaşev İnquşetiya ərazisində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxslərin qohumları ifadə vermək üçün İnquşetiya Təhlükəsizlik Şurasına çağırılıb. Şübhəli şəxslərin on il əvvəl İnquşetiyanı tərk etdiyi deyilir.

Saur Dadayevin anası Aymani Dadayeva isə bildirib ki, Nemtsovun qətlində oğlunun iştirakını qəbul etmir.

Xatırladaq ki, Qubaşev və Dadayev dünən tutulub. Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, onlar cinayətin güman edilən icraçılarıdır. Rusiya mediasının yazdığına görə, adıçəkilən şəxslər Nemtsovun qətlində iştirak etdiyini etiraf ediblər.


Müəllif:

Oxşar xəbərlər