Türkiyədə 8 Mart Qadınlar günü əlaqədar qadınlara zor tətbiq edənlərə qarşı videoçarx hazırlanıb.
Teleqraf.com ANS-ə istinadən bildirir ki, videoçarxda başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan olmaqla ölkənin bir sıra məşhur müğənniləri, aktyor və aktrisaları, televiziya aparıcıları iştirak ediblər.
Videoçarxın hazırlanmasında məqsəd dünyada qadına qarşı zor tətbiq edənlərin əleyhinə mübarizə aparmaqdır.
Layihənin adı "Qadına şiddət, insanlığa xəyanət" adlanır.
Video qısa müddətdə internetdə böyük populyarlıq qazanıb.