Liviyanın hakimiyyətdən devrilərək qətlə yetirilən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin də aralarında olduğu 37 şübhəlinin məhkəmə işi davam edir.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, paytaxt Tripolidə keçirilən məhkəmə prosesinə Seyfülislam Qəddafi qatılmayıb. Məhkəmə 2011-ci il inqilabı zamanı "etirazçıları öldürməyi təşviq etdikləri və insanlığa qarşı cinayət işlətdikləri" iddiasıyla mühakimə olunan 37 şübhəlinin işinə baxılmasını martın 22-nə kimi təxirə salıb.
Seyfülislam Qəddafi ilə yanaşı bu cinayət işi üzrə keçmiş baş nazir Əl-Bağdadi əl-Mahmudi, Liviya kəşfiyyatının sabiq rəhbəri Abdullah əs-Sənusi və digər vəzifəli şəxslər dədaxilolmaqla 37 nəfər dinc aksiyaçıları qətlə yetirməkdə suçlanırlar.
Nihad